...

Zakir Həsənov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 20 İyul 2015 21:28 (UTC +04:00)
İyulun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.
Zakir Həsənov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 20 iyul /Trend/

İyulun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki səlahiyyət müddəti başa çatan fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti