...

Nə üçün Ermənistan Gürcüstanı təhrik edir?

Siyasət Materials 22 İyul 2015 08:00 (UTC +04:00)
Son vaxtlar Gürcüstandan bir-birinə bənzər xəbərlər gəlir. Gah rusiyalı hərbçilər tanınmamış respublikanın sərhədlərini irəli çəkir, gah da erməni sərhədçilər sərhədləri qabağa çəkir.
Nə üçün Ermənistan Gürcüstanı təhrik edir?

Elçin Mehdiyev - Trend:

Son vaxtlar Gürcüstandan bir-birinə bənzər xəbərlər gəlir. Gah rusiyalı hərbçilər tanınmamış respublikanın sərhədlərini irəli çəkir, gah da erməni sərhədçilər sərhədləri qabağa çəkir. Bununla belə, Gürcüstanın güc strukturları tərəfindən real hərəkətlər yoxdur və hələ gözlənilmir.

Lakin eyni vaxtda Gürcüstanın müxtəlif sərhədlərində faktiki olaraq eynimənalı hərəkətlər bu ölkə üçün xəbərdarlıq olmalıdır. Heç kəsə sirr deyil ki, Ermənistan Rusiyanın Qafqazda strateji müttəfiqi olaraq qalır. Ermənistan özünü "müstəqil" elan etsə də, Yerevan Moskvanın razılığı olmadan daxili və xarici siyasətdə heç bir addım ata bilməz.

Üstəlik, Ermənistanda yaranmış mövcud vəziyyətdə bu ölkənin hakimiyyəti xalqının diqqətini yayındırmalıdır. Bunun üçün bir neçə variant var.

Bu gün rəsmi Yerevan başa düşür ki, Azərbaycanla qoşunların təmas xəttində gərginliyin artması ona heç sərf etmir. Bu ölkə hərəkətlərinə görə elə cavab alacaq ki, vəziyyətini daha da pisləşdirəcək. Digər iki qonşuya - İran və Türkiyə - onun gücü çatmaz, çünki bu iki dövlətə qarşı istənilən hərəkət ölkənin ağır zərbə alması ilə nəticələnəcək. Qalır Gürcüstan.

Hazırda Tbilisi Yerevandan gələn istənilən hərəkətə daha diqqətlə yanaşmalıdır, çünki tanınmamış respublikanın sərhədindəki hərəkətlərdən "ruhlanaraq" Ermənistan hakimiyyəti təxribata gedə bilər.

Təxribatlar hər şeydən əvvəl qəsbkar hökumətin yaratdığı yaşayış şəraitindən narazı qalan xalqın bitməyən etiraz aksiyaları fonunda lazımdır.

Hazırda bu təxribatlar onun üçün həyati əhəmiyyət kəsb edir və Ermənistanın nə qədər qabağa gedəcəyi Gürcüstanın sərt hərəkətlərindən asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti