...

Misir mətbuatı Ağdamın ermənilər tərəfindən işğalından yazıb

Siyasət Materials 24 İyul 2015 02:56
Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, "Əl-Yaum Əs-Sabi", "Əl-Əhram" və digər internet qəzetləri Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.
Misir mətbuatı Ağdamın ermənilər tərəfindən işğalından yazıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, "Əl-Yaum Əs-Sabi", "Əl-Əhram" və digər internet qəzetləri Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ili ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat veriblər.

Bəyanatda 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilir. Qeyd edilir ki, Ağdam rayonunun 882 kvadratkilometri işğal olunub, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər.

Bəyanatda Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu, ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakininin şəhid olduğu diqqətə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti