Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn parlament seçkilərində iştirak forması barədə qərar qəbul edib.
ADP sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, bu barədə qərar İdarə Heyətinin iclasında verilib. Onun sözlərinə görə, sədrlik etdiyi partiya seçkilərdə "Qarabağ" bloku tərkibində iştirak etməyə qərar verib.
S.Cəlaloğlu bu barədə qərarın yaxın günlərdə blokda müzakirəyə çıxarılacağını bildirib.
Müsavat Partiyası ilə seçkilərdə əməkdaşlıq məsələsinə gəlincə isə partiya sədri bildirib ki, bununla bağlı müzakirə aparılmır: "Onlar artıq qapıları bağlayıblar və belə hesab edirlər ki, təklikdə getməlidirlər".