...

Komissar: Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətləri yeni müstəviyə yüksəltmək vacibdir (FOTO)

Siyasət Materials 7 Avqust 2015 19:21 (UTC +04:00)
Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının insan resursları, elm və texnologiya məsələləri üzrə komissarı Martial De-Paul İkounqa ilə görüşüb.
Komissar: Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətləri yeni müstəviyə yüksəltmək vacibdir (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının insan resursları, elm və texnologiya məsələləri üzrə komissarı Martial De-Paul İkounqa ilə görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın elm, təhsil və texnologiya sahələrində regionun qabaqcıl ölkəsinə çevrildiyini Aİ rəsmisinin diqqətinə çatdırıb. E.Abdullayev hələ SSRİ dövründə Azərbaycanın Afrika ilə təhsil sahəsində əməkdaşlığının geniş olduğunu və minlərlə afrikalının Azərbaycanın müxtəlif universitetləri və digər təhsil ocaqlarının məzunu olduğunu bildirib.

Afrika ölkələrinin Azərbaycanın təhsil müəssisələrinin yüksək səviyyəyə malik olması barədə məlumatlı olduqlarını qeyd edən Aİ komissarı Martial De-Paul İkounqa bu sahədə Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qaldırılması vacibliyini vurğulayıb. Afrikalı rəsmi iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirib.

Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılması və səfərlər mübadiləsinin həyata keçirilməsi zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti