...

DSX-nin daha üç yeni gəmisi sərhəd sularında xidmətə başlayacaq

Siyasət Materials 18 Avqust 2015 11:58 (UTC +04:00)
Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaqdır.
DSX-nin daha üç yeni gəmisi sərhəd sularında xidmətə başlayacaq

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaqdır.

Trend xbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

E.Quliyevin sözlərinə görə, cənab Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikası-nın dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, о cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə davam etdirilir: "Cənab Prezidentin iştirakı ilə keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir. Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhəd-lərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti