Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Demokrat Partiyası qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı qərar verib.
Partiyadan Trend-ə verilən məlumata görə, qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən partiyanın İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq, müxalifətin mümkün seçki blokunun alınmamasından təəssüf ifadə edilib.
Partiyanın seçkidə təkbaşına iştirakı və ADP-nin Mərkəzi Seçki Qərargahı yaradılması (MSQ) haqqında qərar qəbul edilib. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nin tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir.
MSQ-nin ilk iclası avqustun 26-a təyin edilib.