Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Səba Ağayeva/
Antalyada Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.
Görüşdə region üçün əhəmiyyətli olan siyasi və iqtisadi məsələlər müzakirə ediləcək. Tərəflər, həmçinin əvvəlki görüşlərdə qəbul edilən qərarların reallaşdırılması məsələlərini nəzərdən keçirəcək.