...

Fuad Muradov: Bəzi qurumlar Azərbaycana qarşı “qara piar”da xüsusi fəallıq nümayiş etdirirlər

Siyasət Materials 3 Sentyabr 2015 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə hesablanıb.

Trend xəbər verir ki, bunu millət vəkili Fuad Muradov bildirib.

Deputat qeyd edib ki, özlərini "beynəlxalq araşdırmaçı təşkilatlar" kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan "qara piar"da xüsusi fəallıq nümayiş etdirirlər: "Buna səbəb isə Azərbaycanın qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir. Eyni zamanda, guya ölkəmizdə "insan haqlarının pozulmasını" qabardan bu qüvvələr Azərbaycanın heç kimin diktə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir".

F.Muradov əlavə edib ki, Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır: "Bu gün Azərbaycan vətəndaşı ölkəmizin ərazi bötövlüyü məsələsində vəhdət mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil, Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti