...

Azərbaycan bütün ermənilərə qucaq aça bilər

Siyasət Materials 18 Sentyabr 2015 07:30 (UTC +04:00)
Azərbaycan tolerant ölkə olduğunu bir daha sübut etdi. Düşmən ölkənin vətəndaşına qucaq açdı. Son dövrlər Ermənistanın işğalçı hakimiyyətinin zülmünə dözməyərək Azərbaycana üz tutan erməniyə sığınacaq verdi.
Azərbaycan bütün ermənilərə qucaq aça bilər

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Azərbaycan tolerant ölkə olduğunu bir daha sübut etdi. Düşmən ölkənin vətəndaşına qucaq açdı. Son dövrlər Ermənistanın işğalçı hakimiyyətinin zülmünə dözməyərək Azərbaycana üz tutan erməniyə sığınacaq verdi. Ermənistanın siyasi elitasının nümayəndəsi, "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycana üz tutaraq ölkəmizdən siyasi sığınacaq istəyib.

Martirosyanın Serj Sarkisyan rejiminin zülmündən bezərək məhz Azərbaycana üz tutmasının özü belə ölkəmizin sabit, tolerant olduğunun bariz nümunəsidir. Martirosyan hansısa Qərb ölkəsinə deyil, onlar üçün düşmən ölkə olan Azərbaycana üz tutdu.

Keçək Ermənistandakı acınacaqlı vəziyyətə. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Serj Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədir. Bu, bir daha şovinist Sarkisyan rejiminin iç üzünü açır və Ermənistan xalqının artıq bu hakimiyyətdən cana gəldiyini göstərir. Artıq ermənilər özləri də hakimiyyətlərinin düzgün yolda olmadığını, Azərbaycanla münaqişə vəziyyətinin Ermənistanı uçuruma apardığını anlayır və düzgün seçim edərək Azərbaycana üz tuturlar. Onlar anlayırlar ki, Azərbaycanla Ermənistan arasında böyük bir uçurum yaranıb, Azərbaycan irəlilədikcə Ermənistan geriləyir və bu proses sonda Ermənistan üçün böyük fəlakətlə nəticələnəcək.

Onu da qeyd edək ki, Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresi"nin həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edib və Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib. Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib.

Əslində, Azərbaycanın bu qərarı beynəlxalq ictimaiyyətə bir mesaj olmalıdır ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərə də qucaq aça bilərik, işğal olunmuş ərazilər azad olunarsa, onlara himayədarlıq edərək bütün hüquqlarını təmin edə bilərik. Azərbaycan buna tam zəmanət verir. Qalır təkcə dünya birliyinin haqlı yanaşması.

Bu haqlı yol Qarabağın işğaldan azad olunmasından keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti