...

ADP-nin parlament seçkilərindəki səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv edildi

Siyasət Materials 18 Sentyabr 2015 17:22 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) parlament seçkilərindəki səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv edilib.
ADP-nin parlament seçkilərindəki səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv edildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Demokrat Partiyasının (ADP) parlament seçkilərindəki səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv edilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda parlament seçkilərində namizədlərini irəli sürmüş bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələri siyahı üzrə qeydə alınıb.

Daha sonra MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Azərbaycan Demokrat Partiyası parlament seçkilərində iştirakdan imtina etdiyi üçün MSK-ya partiyanın siyahı üzrə qeydə alınmış səlahiyyətli nümayəndələrinin və maliyyə nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə müraciət edib.

MSK üzvləri müraciətə əsasən ADP-nin nümayəndələrinin qeydiyyatının ləğvi barədə qərar qəbul ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti