...

MKİ-nin sabiq analitiki: Rusiyanın Türkiyəyə təsir vasitələri var

Siyasət Materials 21 Sentyabr 2015 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Anaxanım Hidayətov

Moskvanın Ankaraya təsir vasitələri var, belə ki, Rusiya qazın Türkiyə ərazisi ilə tədarükündən imtina edə bilər. Bunu Trend-ə Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bu arqumentdən istifadə etməyə çalışacaq.

Ekspert hesab edir ki, Moskvanın, əsasən, kürdlərin yaşadığı Türkiyənin cənub-şərq vilayətlərinə təsiri var və dövlət strukturlarına qarşı hücumların fəallaşmasına yardım edə bilər.

P.Qoblun fikrincə, Ankara və Moskva Suriya münaqişəsinin nizamlanması üzrə heç cür razılığa gələ bilməzlər.

Qeyd edək ki, R.T.Ərdoğanın sentyabrın 23-də Rusiyaya səfəri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti