...

Deputat: Azərbaycanda FAO-nun fəaliyyəti ölkədə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Siyasət Materials 30 Sentyabr 2015 13:21 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında" Saziş müzakirəyə çıxarılıb.
Deputat: Azərbaycanda FAO-nun fəaliyyəti ölkədə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında" Saziş müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, saziş haqqında məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını tədqirəlayiq hesab edib.

O bildirib ki, FAO ilə Azərbaycan səmərəli əməkdaşlıq edir.

E.İbrahimov deyib ki, Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi və davamlı inkişafına mühüm töhfə verəcək.

Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Saziş müzakirəyə çıxarılıb.

Hər iki saziş səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti