Azərbaycan, Bakı, 04 oktyabr /Trend/
Rusiya Azərbaycanda yeni radiolokasiya stansiyası (RLS) tikmək niyyətində deyil.
Trend- in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu açıqlamanı Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Qəbələ rayonu ərazisdində yerləşən "Dəryal" tipli RLS-ın yerində "Voronej" tipli stansiyasının tikintisi gözlənilmir.
"Hesab edirəm ki, milli sistem vasitələri Rusiya Federasiyası ərazisində yerləşməlidirlər və qoyulan vəzifələri tam zəmanətlə icra etməlidirlər", A. Nesteçuk bildirib.