...

Avropa məhkəməsi qondarma "erməni soyqırımı"nı inkar etməyə icazə verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Oktyabr 2015 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük palatası qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb. Bu barədə Trend AFP agentliyinə istinadən məlumat verir.

Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin "erməni soyqırımı" böyük yalandır" ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə ittiham edilməsinin yolverilməz olduğunu tanıyıb.

Qeyd edək ki, 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti