...

Əhməd Davudoğlu: Avropa Məhkəməsinin qərarı böyük uğurdur

Siyasət Materials 17 Oktyabr 2015 12:12 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda verdiyi qərar Türkiyə üçün böyük uğurdur.
Əhməd Davudoğlu: Avropa Məhkəməsinin qərarı böyük uğurdur

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda verdiyi qərar Türkiyə üçün böyük uğurdur. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu "TRT Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə ümid edib ki, Avropa Məhkəməsi bu məsələ üzrə ədalətli qərarı çıxaracaq.

Qeyd edək ki, oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıdı.

Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin "erməni soyqırımı" böyük yalandır" ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə ittiham edilməsinin yolverilməz olduğunu tanıdı.

2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti