...

ABŞ səfiri: Mәqsәdimiz güclü Azәrbaycan qurmağa kömәk etmәkdir

Siyasət Materials 18 Noyabr 2015 21:59 (UTC +04:00)
Amerika Birlәşmiş Ştatlarının Azәrbaycanla әmәkdaşlıq etdiyi 3 әsas sahәdәn biri iqtisadiyyatdır.
ABŞ səfiri: Mәqsәdimiz güclü Azәrbaycan qurmağa kömәk etmәkdir

Bakı. Anaxanım Hidayətova - Trend:

Amerika Birlәşmiş Ştatlarının Azәrbaycanla әmәkdaşlıq etdiyi 3 әsas sahәdәn biri iqtisadiyyatdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda səfərdə olan ticarət nümayəndə heyətilə qərargahında görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ölkәlәrimiz arasında olan uğurlu әmәkdaşlığa uyğun olaraq, iqtisadi vә ticari әlaqәlәri yaxşılaşdırmaq üçün 15 şirkәtdәn ibarәt nümayәndә heyәti Azәrbaycana gәlib.

Səfir bildirib ki, mәqsәdimiz azәrbaycanlılarla birgә işlәyәrәk güclü, sabit, demokratik, inkişaf edәn Azәrbaycan qurmağa kömәk etmәkdir.

ABŞ Ticarət Departamenti Katibinin köməkçi müavini Maykl Lalli qeyd edib ki, bizim ticari әlaqәlәrimizin inkişafı yalnız ABŞ-la Azәrbaycan arasında biznes fәaliyyәtini deyil, hәm dә şәxsi әlaqәlәri inkişaf etdirir: "Bu isә ölkәlәrin daha da yaxınlaşmasına tәkan verir. 15 il әvvәl 3 il Azәrbaycanda çalışmışam. Biznesin inkişafına kömәk etmәk iki ölkә arasında biznes, iqtisadiyyat, investisiya münasibәtlәrinin inkişafı vә ölkәlәrin gәlirlәrinin artması demәkdir".

M.Lalli əlavə edib ki, ABŞ-dan olan 15 şirkәt Azәrbaycanda tәrәfdaş tapmaq vә burada yeni biznesin әsasını qoymaq istәyir.

İştirakçı şirkətlər: Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback's Burgers, WSP/Parsons Brinkherhoff.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti