Bakı. Anaxanım Hidayətova - Trend:
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin mandatını uzadıb.
Trend Aİ-nin rəsmi saytına istinadən məlumat verir ki, Avropa komissarının mandatı 28 fevral 2017-ci ilədək uzadılıb.
Xatırladaq ki, H.Salber bu vəzifəyə 8 iyul 2014-cü il tarixində təyin edilmişdi.