...

İSESKO-nun baş direktoru: İSESKO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipal mövqeyi var

Siyasət Materials 26 Noyabr 2015 14:40 (UTC +04:00)
“İSESKO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipal mövqeyi var və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını qəti şəkildə pisləyir. Ermənistanın işğalı tamamilə qanunsuzdur”.
İSESKO-nun baş direktoru: İSESKO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipal mövqeyi var

Bakı. Elçin Mehdiyev - Trend:

"İSESKO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipal mövqeyi var və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını qəti şəkildə pisləyir. Ermənistanın işğalı tamamilə qanunsuzdur".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İSESKO-nun baş direktoru Әbdülәziz Osman Әl Tüveycri deyib.

O qeyd edib ki, regionda Ermənistan hökuməti və silahlı qüvvələri tərəfindən atılan bütün addımlar beynəlxaq qanunlara ziddir: "Bütün üzv ölkələrin adından deyirik ki, bu işğala dərhal son qoyulmalıdır və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır. BMT-nin dörd qətnaməsi qəbul olunub və bu qətnamələr yerinə yetirilməyib. Biz təşkilat olaraq beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmalıyıq ki, Ermənistanın bu addımları beynəlxaq qanuna ziddir və BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti