...

Bəxtiyar Əliyev: Avropa Məhkəməsi bəzi işlərə siyasi konyunktur nöqteyi-nəzərindən baxır

Siyasət Materials 21 Dekabr 2015 17:54 (UTC +04:00)
Bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsi işlərə siyasi təzyiqlər və siyasi konyunktur nöqteyi-nəzərindən baxır.
Bəxtiyar Əliyev: Avropa Məhkəməsi bəzi işlərə siyasi konyunktur nöqteyi-nəzərindən baxır

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsi işlərə siyasi təzyiqlər və siyasi konyunktur nöqteyi-nəzərindən baxır. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq vətəndaşların Avropa Məhkəməsinə müraciət etməsi ilə bağlı hər cür şərait yaradıb, qanunvericilik bazasını təkmilləşdirib: "Amma bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsi bəzi ərizələri icraata qəbul edir, bəzilərini isə qəbul etmir. Bizdə də müəyyən sual formalaşır ki, nə üçün Avropa Məhkəməsi bəzi hallarda işlərə baxır, bəzi hallarda isə baxmır, eləcə də digər konvensiyaların şərtlərinə, həmçinin Azərbaycanın milli qanunvericiliyinə və Konstitusiyasına məhəl qoymur?"

Millət vəkili bildirib ki, hər bir ölkənin qanunvericiliyi və dünyada qəbul edilmiş bir hüquqi norma var: "Hər bir ölkənin Konstitusiyası bütün qanunlardan və konvensiyalardan üstündür. Bu birmənalıdır. Əgər Azərbaycan məhkəmələri işə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə baxıblarsa, onda Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələrə baxmalı deyil, bundan imtina etməlidir. Amma təəssüflər olsun ki, bəzən bu məsələ diqqətdən yayındırılır, Azərbaycan Konstitusiyasına istinad edilmir, yalnız konvensiyaya istinad edilərək "seçim"lə müəyyən ərizələrə baxılır. Bu "seçim" bəzən, əlbəttə, çaşqınlıq yaradır və haqlı suallar meydana gətirir".

B.Əliyev əlavə edib ki, əgər Avropa Məhkəməsinin qərarları hüquqi normalara və Azərbaycanın Konstitusiyasına ziddirsə, şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsi qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti