Bakı. Trend:
Yanvarın 13-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətundən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın nazirlikdə görüşü planlaşdırılır.
Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.
Səfər yanvarın 16-dək davam edəcək.