...

Prezident İlham Əliyev Çin və digər ölkələrlə imzalanmış sənədləri təsdiq etdi

Siyasət Materials 15 Yanvar 2016 00:49 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Prezident İlham Əliyev Çin və digər ölkələrlə imzalanmış sənədləri təsdiq etdi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Dövlət başçısının müvafiq fərmanları ilə 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış digər sənədlər də - Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında fitosanitariya əməkdaşlığı sahəsində Saziş, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Respublikasının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib.

Xarici İşlər Nazirliyinə bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Prezident, həmçinin Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il dekabrın 4-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında sərəncam və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bundan başqa, dövlət başçısı 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında" və "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişlərin, eləcə də "Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" 2015-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış Sazişin və "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" 2015-ci il mayın 29-da Xorvatiyanın Rovin şəhərində imzalanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunlarını təsdiq edib.

Xəbər lenti

Xəbər lenti