...

Azərbaycan və Avstriya arasında miqrasiya üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Siyasət Materials 17 Fevral 2016 19:15 (UTC +04:00)
Fevralın 17-də Dövlət Miqrasiya Xidmətində Avstriyanın ölkəmizdəki səfiri ilə görüş olub.
Azərbaycan və Avstriya arasında miqrasiya üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. Trend:

Fevralın 17-də Dövlət Miqrasiya Xidmətində Avstriyanın ölkəmizdəki səfiri ilə görüş olub.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexlə görüşdə Avstriya və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycanla Avstriya arasında dostluq münasibətlərinə toxunub. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş nailiyyətlərin, sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsində respublikamızın miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilməsinə toxunub.

F.Nəbiyev Avropanın miqrant böhranı ilə üzləşdiyi bir vaxtda ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində mütərəqqi bir model yaradıldığını konkret faktlarla diqqətə çatdırıb. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin hələ də qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə toxunub.

Sonra Xidmət rəisi ölkəmizdə miqrasiya ilə bağlı müvafiq prosedurlar barədə söhbət açıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib. Bildirilib ki, bütün bu sadalananlar respublikamıza səfərə gələn əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan dövlətinin diqqət və qayğısının nümunəsidir.

F.Nəbiyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına ötən il bütün mәnbәlәrdәn 20 milyard dollar sәrmayә qoyulub ki onun da 11 milyardı xarici sәrmayә olub. Bu da onu göstәrir ki, Azәrbaycan xarici investorlar üçün cәlbedici ölkә olaraq qalır.

Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri A.Vex Azərbaycanın sürətli inkişafından, abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib. Diplomat ölkəsi ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanlarına toxunub.

Görüşdə respublikamızda fəaliyyət göstərən Avstriya şirkətləri və iş adamlarının Azərbaycanın miqrasiya qanunvericiliyinə aid olan məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti