...

Ekspert: Ermənistan Azərbaycan və Rusiyaya meydan oxuyur?

Siyasət Materials 24 Fevral 2016 09:49 (UTC +04:00)
Məlum olduğu kimi, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb.
Ekspert: Ermənistan Azərbaycan və Rusiyaya meydan oxuyur?

Bakı. Mətanət Əliyeva - Trend:

Məlum olduğu kimi, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb. Digər Azərbaycan vətəndaşı Şahbaz Quliyev və Azərbaycan əsilli Rusiya vətəndaşı D.Əsgərov isə girov götürülüblər.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Dilqəm Əsgərovla bağlı müraciətə baxmaqdan imtina etməsinin bir səbəbi də onun Rusiya vətəndaşı olması ilə bağlı ola bilər. Hazırda Avropanın Rusiya ilə münasibətlərinin yaxşı olmaması bu məhkəmənin D.Əsgərov və Ş.Quliyevlə bağlı müraciətə baxmamasına mane olan amillərdən biri ola bilər.

Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert həmçinin bildirib: "Real olan odur ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistan öz bildiyini edir. Dağlıq Qarabağdakı separatçı rejim Rusiya vətəndaşını girov saxlayıb, soydaşlarımızla bağlı Qarabağda məhkəmə prosesi keçirməklə tək Azərbaycana yox, həm də Rusiyaya meydan oxuyur. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Qarabağda məhkəmə prosesi keçirərək mühakimə olunmaları açıq-aşkar heç bir dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağdakı qondarma rejimin tək Azərbaycana qarşı yox, həm də Rusiyanın hüquq sisteminə qarşı çıxması deməkdir".

Ekspert D.Əsgərovun azad olunması ilə bağlı prosesdə bir əhəmiyyətli məqama diqqət çəkib: "Rusiya Dilqəm Əsgərovun müdafiəsinə qalxa bilərmi?"

E.Ələsgərov qeyd edib ki, "Dilqəm Əsgərovla bağlı məsələdə Rusiya XİN tərəfindən belə bir rəsmi mövqe bildirilib ki, o, geri qaytarılsa, yaxşı olar. Lakin onun müdafiəsi ilə bağlı hüquq müstəvisində addım atılmayıb. Bu, ciddi bir məsələdir. Bu, həm də Rusiyada yaşayan azərbaycanlıların məsələsidir. Eyni zamanda, bu, Rusiyada yaşayan başqa xalqların da məsələsidir. Ermənistanda 6 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun məsələsində isə Rusiya müdafiə işini həyata keçirir. Onun müdafiəsi ilə bağlı hüquq müstəvisinin imkanlarından istifadə edilir.

E.Ələsgərov sonra deyib: "Rusiya istəsə, Dilqəm Əsgərovu qısa bir zamanda geri qaytara bilər. Bu məsələdə neytral mövqe nümayiş etdirməklə, görünür, Rusiya Ermənistanla münasibətləri pozmaq istəmir, eyni zamanda, Azərbaycanla da münasibətləri normal saxlamaq istəyir".

Ekspert hesab edir ki, Dilqəm Əsgərovun ailəsi Rusiyanın rəsmi qurumlarına onun azad olunması ilə bağlı müraciət etməlidir".

O sonra qeyd edib: "Biz və məhkümların ailə üzvləri bu məsələdə daha aktiv olmalıyıq. Onların azad olunmasında bütün qurumların, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti və digər aidiyyəti təşkilatların imkanlarından daha geniş formada istifadə etmək üçün mütəmadi işlər aparmalıyıq. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə əlaqədar təkrar müraciət edilməlidir. Çünki insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məsələlər bu beynəlxalq məhkəmə qurumunun bilavasitə fəaliyyətidir".

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti