...

Millət vəkilləri Almaniya və Rusiyada Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərə qatılacaqlar

Siyasət Materials 23 Fevral 2016 19:35
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Almaniyada səfərdə olacaqlar.
Millət vəkilləri Almaniya və Rusiyada Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərə qatılacaqlar

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Almaniyada səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, F.Muradov fevralın 25-də Almaniya Bundestaqında "Azərbaycan və Almaniya-Avropa üçün əməkdaşlıq" adlı 4-cü simpoziumda iştirak edəcək.

Sonra F.Muradov və R.Rzayev Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə ölkənin Berlin, Bilefeld və Köln şəhərlərində təşkil olunan konfrans və anma mərasimlərinə qatılacaqlar. Azərbaycan və türk diaspor təşkilatlarının hazırladığı silsilə tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş materiallar nümayiş etdiriləcək, faciənin əsl mahiyyəti tarixi faktlar zəminində şərh olunacaq, Xocalı həqiqətləri bir daha Avropa ictimaiyyətinə çatdırılacaq.

Milli Məclisin nümayəndələri öz çıxışlarında ədalətin bərpası baxımından Xocalı soyqırımının tanınması və qəbul edilməsi zərurətinə diqqət yönəldəcəklər.

Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Azərbaycan Parlamentinin komitə sədri F.Muradov fevralın 29-dan martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərində də səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti