Bakı. Elmira Tariverdiyeva - Trend:
İran Sərhəd Qoşunları komandanı, briqada generalı Qasım Rezayi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə martın 8-də Bakıya gələcək.
Bunu Trend-ə İranın Bakıdakı səfiri Möhsin Pakayin deyib.
Onun sözlərinə görə, tərəflər ikitərəfli görüşlərdən başqa, rusiyalı həmkarları Vladimir Kuleşov ilə üçtərəfli danışıqlar aparacaq: "Danışıqlar zamanı sərhəd boyunca ümumi çağırışların həllinın axtarışı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə birgə mübarizə, eləcə də sərhədlərin təhlükəsizliyinin qorunması məsələləri müzakirə olunacaq".