Bakı. Anaxanım Hidayətova - Trend:
Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton Azərbaycan Prezidentinin məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamını alqışlayır. Bu barədə Trend Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazir qeyd edib ki, bu, Azərbaycan hökumətinin müsbət addımıdır.
Qeyd edək ki, martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.
Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.