...

Nazirlər BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəlir

Siyasət Materials 22 Aprel 2016 18:51 (UTC +04:00)
Bir sıra ölkələrin nazirləri BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Nazirlər BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəlir

Bakı. Elçin Mehdiyev - Trend:

Bir sıra ölkələrin nazirləri BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakı şəhərində keçiriləcək 7-ci Qlobal Forumunda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin Dini Yardım və İslam İşləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassimi və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Gustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay iştirak edəcək.

Qeyd edək ki, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti