...

Millət vəkili: Vll Qlobal Forumun Bakıda keçirilməsi BMT-nin seçimidir

Siyasət Materials 23 Aprel 2016 12:57 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Bakıda keçirilməsi alqışlanmalıdır.
Millət vəkili: Vll Qlobal Forumun Bakıda keçirilməsi BMT-nin seçimidir

Bakı. Samir Əli - Trend:

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi alqışlanmalıdır.

Bunu Trend-ə millət vəkili Elman Nəsirov deyib.

Millər vəkili deyib ki, tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil: "BMT bu tədbirin Bakıda keçirilməsini məsləhət bilib və bu təklifi Azərbaycan Prezidenti İlham Əliyev müsbət qiymətləndirib. Forumun Bakıda keçirilməsi sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır".

Millət vəkili qeyd edib ki, BMT belə bir önəmli tədbirin Azərbaycanda keçirilməsini istəyib: "Çünki Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu da BMT-nin diqqətindən yayınmayıb. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan edib ki, Azərbaycanda multikulturalizm əsrlərlə formalaşmış bir adət-ənənədir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, ictimai sifarişdir, gələcəyimizin zəmanətçisidir. Buna görə də BMT forumun Azərbaycanda keçirilməsində maraqlıdır və bu, təşkilatın seçimidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti