...

Türkiyə Prezidenti: Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 26 Aprel 2016 11:34 (UTC +04:00)
140-dan çox ölkə Sivilizasiyalar Alyansını dəstəkləyir.
Türkiyə Prezidenti: Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir  (ƏLAVƏ OLUNUB 2)

Bakı. Trend:

140-dan çox ölkə Sivilizasiyalar Alyansını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi çox vacibdir, çünki Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir.

Türkiyə prezidenti təəssüflə qeyd edib ki, bütün cəhdlərə baxmayaraq dünya artan radikalizm və terrorizmin qarşını hələ də ala bilməyib.

Prezident deyib: "Terror və terrorizmin islamla heç bir əlaqəsi yoxdur. Terrorçuların dini və milli mənsubiyyəti olmur".

R.T.Ərdoğanın sözlərinə görə, islam qardaşlığa səsləyən bəşəri dindir.

Prezidentin sözlərinə görə, dünyada heç bir ölkə terrordan sığortalanmayıb, ona görə dövlətlər terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar.

Ərdoğan deyib: "Türkiyə terrorzimlə 35 ildir mübarizə aparır. Hazırda terrorizm faktları həmçinin qonşu Suriyada artmaqdadır".

Onun sözlərinə görə, Suriyada terrorizmin artmasının səbəbi terroru dəstəkləyən ölkələrdir.

Türkiyə Prezidenti qeyd edib: "Suriyada hər gün dinc sakinlər həlak olur. Hazırda Türkiyə ərazisində Suriya və İraqdan 3 milyondan artıq qaçqın məskunlaşıb. Türkiyə qaçqınlara 15-20 milyard dollar vəsait xərləyib".

Onun sözlərinə görə, Türkiyə bir sıra Avropa ölkələri kimi Suriya və İraqdan olan qaçqınların üzünə qapılarını bağlamadı.

Türkiyə Prezidenti dünyadakı vəziyyəti nəzərə alaraq Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin vacibliyini vurğulayıb: "Bü gün bütün dünya Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu izləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti