...

Səfir: Dünya terrora qarşı birgə mübarizə aparmalıdır

Siyasət Materials 30 İyun 2016 14:58 (UTC +04:00)
Dünya terrora qarşı birgə mübarizə aparmalıdır.
Səfir: Dünya terrora qarşı birgə mübarizə aparmalıdır

Bakı. Orxan Quluzadə - Trend:

Dünya terrora qarşı birgə mübarizə aparmalıdır.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu gün terror qurbanlarının xatirəsinin yad edildiyi tədbirdə deyib.

Səfir qeyd edib ki, məlum terror hadisələrindən sonra Azərbaycandan Türkiyəyə başsağlığı mesajı gəldi: "Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk. Çox istərdik ki, belə qanlı hadisələr olmasın. Hər dəfə belə hadisələrdən sonra Azərbaycan Türkiyə ilə yüksək səviyyədə hərmrəylik nümayiş etdirib. Türkiyədə baş veren terror hadisəsi alçaq və xaincə olan terror aktıdır. Bir şey bilinməlidir ki, Türkiyə dövləti terrora vərdiş olaraq yaşamalı deyil".

Diplomat sonra qeyd edib: "Terror sadəcə Türkiyənin problemi deyil, eyni zamanda, bütün dünyanın problemidir. Bu terror hadisəsinin hədəfi sadəcə Turkiyə deyil, bütün insanlıqdır. Dolayısıyla bütün bəşəriyyət terrora qarşı birgə mübarizə aparmalıdır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti