...

Rüstəm Usubov: Ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək

Siyasət Materials 18 Avqust 2016 12:41 (UTC +04:00)
“Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək”.
Rüstəm Usubov: Ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək

Bakı. Elçin Mehdiyev – Trend:

“Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək”. Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir. Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”.

R.Usubov qeyd edib ki, ümumxarlq səsverməsində prokurorluq orqanlarının da rolu var: “2002-2009-cu illərdə keçirilən refendumda qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da öz növbəsində, bu işləri araşdırıb. Səmərəli işləməklə irəliləyiş əldə etmişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti