...

Rus Pravoslav Kilsəsi: Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur

Siyasət Materials 26 Avqust 2016 10:08 (UTC +04:00)
Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.
Rus Pravoslav Kilsəsi: Dağlıq Qarabağ münaqişəsinin dini əsasları  yoxdur

Trend-i buradan izləyin

Bakı. Trend:

Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.

Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.

Bu barədə Trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.

Məktubda deyilir ki, 1993-cü ildən başlayaraq, Moskva və bütün rusların patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.

Məktubda, həmçinin vurğulanıb ki, Moskva Patriarxlığı bu gün də münaqişənin sülh yolu ilə və ədalətli həll edilməsinə səylər göstərərək həmin mövqedən çıxış edir. Və Azərbaycan tərəfinin ifadə etdiyi narahatlıq Pravoslavların Parlamentlərarası Assambleyasının rəhbərliyinin diqqətinə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti