...

ABŞ Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirir

Siyasət Materials 21 Sentyabr 2016 20:00 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.
ABŞ Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. O, bu ilin mart ayında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirdi. Nazir ölkələrimiz arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini qeyd edərək, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində həmsöhbətə məlumat verib.

Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti