...

Azərbaycanın qanadlı bombaları (FOTO)

Siyasət Materials 27 Sentyabr 2016 12:47 (UTC +04:00)
Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi öz işinə başlayıb.
Azərbaycanın qanadlı bombaları (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi öz işinə başlayıb.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu da ölkənin milli müdafiə kompleksini təqdim edir. Azərbaycan pavilyonunda diqqət çəkən hərbi sursatlardan biri də “QFAB-250SAB” və “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombalarıdır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan bu bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Təyyarədən atılan bomba 100 km-ə qədər uça bilir. Yəni hədəf müəyyən edildiyi halda hərbi təyyarə bombanı təyyarə üçün təhlükəsiz ərazidə havaya buraxır və sonra bomba özü təyin edilmiş hədəfə doğru uçaraq onu məhv edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti