...

Prezident İlham Əliyev: Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir

Siyasət Materials 27 Sentyabr 2016 16:37 (UTC +04:00)
Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir.
Prezident İlham Əliyev: Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir

Bakı. Trend:

Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir.

Trend-in məlumatına görə, bunu Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın.

Onu da qeyd etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm bizim paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çalışmaq lazımdır ki, bütün şəhərlər Bakıya oxşasın. Yəni, memarlığa görə yox, çünki hər bir şəhərin öz tarixi, öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların yaşayış səviyyəsi baxımından hər bir şəhər çalışmalıdır ki, Bakıya yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq Bakının səviyyəsinə gəlib çatıb. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti