...

Vahan Martirosyan: Ermənistanda hakimiyyətin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər (YENİLƏNİB)

Siyasət Materials 9 Noyabr 2016 16:20 (UTC +04:00)

Bakı. Səba Ağayeva - Trend:

Ermənistanda hakimiyyətin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. Trend-in məlumatına görə, bunu erməni hüquq müdafiəçisi Vahan Martirosyan bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Lakin o qeyd edib ki, xalq caxnaşmaları, çevriliş olmadan Ermənistanın indiki hakimiyyəti heç vaxt postu tərk etməyəcək.

Erməni hüquq müdafiəçisi deyib: "Onların başında duran sahibləri var. Məlum deyil, sahibləri hakimiyyətin dəyişməsinə imkan verəcəklər, ya yox. Mən şübhə edirəm".

Onun sözlərinə görə, Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələnin ən müdrik həll yoludur.

V.Martirosyan deyib: "Heç kəs erməniləri oradan çıxarmağa hazırlaşmır. Vaxt keçdikcə iki xalq orada birlikdə sülh şəraitində yaşayacaq. İndi o torpaqlar boşdu, yuzlərlə insan ölür. Dağlıq Qarabağ ətrafında 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır".

O qeyd edib ki, nə vaxtsa Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib ki, azərbaycanlılar və ermənilər genetik cəhətdən bir-birlərinə uyğun deyillər: "Dünən biz jurnalistlərin iştirakı olmadan burada yaşayan bir erməni ailəsində qonaq olduq. Soruşduq, onların burada ümumiyyətlə heç bir problemi yoxdur. Sənədlərində də erməni ad və soyadları yazılıb. Təəssüf ki, Ermənistanda belə bir hala rast gəlmək mümkün deyil".

Erməni hüquq müdafiəçisi deyib ki, xaricdə yaşayan hər iki xalqın diaspor nümayəndələri bütün düyaya sübut ediblər ki, bir yerdə sülh şəraitində yaşaya bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti