...

“Valday” klubu ilə "Baku Network" Ekspert Şurası arasında əməkdaşlıq sazişi imzalanıb (PHOTO)

Siyasət Materials 11 Noyabr 2016 11:24 (UTC +04:00)

Bakı - Trend:

Bu gün Moskvada “Valday” klubuna dəstək və inkişaf fondu ilə Baku International Policy and Security Network ("Baku Network" Ekspert Şurası) arasında əməkdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, saziş “Valday” klubunun icraçı direktoru Nadejda Lavrentyeva və "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov tərəfindən imzalanıb.

İki qurumun əməkdaşlığı çərçivəsində elmi və sosial-mədəni əlaqələrin gücləndirilməsi məqsədilə ekspert cəmiyyətlərinin, intellektual elitanın görüşləri, forumlar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti