Azay Quliyev: Sülh Platformasına qoşulanların həbsinə Minsk qrupunun həmsədləri də münasibət bildirməlidir

Azay Quliyev: Sülh Platformasına qoşulanların həbsinə Minsk qrupunun həmsədləri də münasibət bildirməlidir

Bakı. Trend:

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı çıxış edib.

Trend-in məlumatına görə, A.Quliyev bildirib ki, bu barədə ictimaiyyəti, o cümlədən Milli Məclisi məlumatlandırmağa və millət vəkillərini bu prosesə qoşmağa ehtiyac var: "Təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status kvonu dəyişdi: 1) Azərbaycanın işğal olunmuş torpaqlarını bir hissəsi azad edildi; 2) Atəşkəsin çox kövrək və müvəqqəti xarakter daşıdığını, Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad edə biləcəyinin tam real olduğunu hamı, xüsusilə erməni xalqı anladı. Belə bir şəraitdə hər iki ölkə prezidentinin Vyana və Sankt-Peterburq görüşü oldu və hər kəsdə problemin həllinə az da olsa ümid yaratdı. Lakin Sarkisyanın günahına və sülh istəməməsinə görə danışıqlar heç bir nəticə vermədi".

Millət vəkili bildirib ki, aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər və münaqişənin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi:

"Ermənistandan olan nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi və qurbanların ruhuna hörmət olaraq abidənin qarşısında baş əyərək çiçək qoydular. Sarkisyan rejimi tərəfindən insanlıq əleyhinə törədilən bu cinayətə görə Azərbaycan xalqından və bütün xocalılardan üzr istədilər. Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olundu və hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi qeyd edildi. Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər. Sonra konfrans iştirakçıları fəaliyyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər".

O əlavə edib ki, platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: "Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər. Müraciətdə uzun müddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir".

A.Quliyev xatırladıb ki, Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan 3 QHT platformanın təsisçiləridir: "Platformanı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. Platformaya qoşulmaq istəyənlərin sayı gündən-günə artır. Erməni tərəfi niyə platformaya bu qədər çox maraq göstərir? Birinci ona görə ki, əksər erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə, yəni qondarma DQR”in dünya tərəfindən tanınacağı, bu mübarizənin erməni xalqına xoşbəxtlik və rifah gətirəcəyi haqda söylədikləri özünü doğrultmadı. Tam əksinə, “DQR” onlara göz yaşı, övlad, qardaş və ata itgisi, yoxsulluq və facidən başqa heç nə vermədi. Ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının ilk onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən bu platformaya qoşulublar və bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar. İkincisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər, üçüncü isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər. Ona görə də ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sarkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər".

Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərliyi bütün gücünü səfərbər edib ki, bu platformanın fəaliyyətini dayandırsın və sülh yaratma konsepsiyası iflasa uğrasın: "Münaqişəni olduğu kimi qoruyub saxlamağa çalışan Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb. Bildiyiniz kimi, son 3 gündə mətbuat vasitəsilə “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir. Bunlar arasında erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhkükəsizlik orqanları tərəfindən həbs olunması, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmasını göstərmək olar".

O bildirib ki, Xocalı soyqırımını törətmiş bir adamın, Serj Sarkisyanın sülh çağırışlarına belə reaksiyası məni təəccübləndirmir: "Lakin bu bir daha Sarkisyan rejiminin əsl simasını ortaya qoyur və onun sülh çağırışı edən gənclərə belə aqressiv münasibəti ilk növbədə erməni xalqını və sonra isə beynəlxalq təşkilatları narahat etməli və onun bu əməlinə adekvat qiymət verilməlidir. Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan sülh platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Bundan başqa, artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuatı və ictimai xadimi sülh platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacagıq. Çünki vicdanı olan hər kəs milliyətindən asılı olamayaraq, bu platformaya dəstək verməli və insanlıq qarşısında öz borcunu yerinə yetirməlidir".

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən beynəlxalq təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır: "İlk növbədə, Avropa İttifaqının Bakıdakı ofisinin rəhbəri səfir Malena Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm.

Hesab edirəm ki, digər beynlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər. Ona görə də ATƏT-in Minsk qrupunun həmsərdlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyim müraciəti bir daha təkrarlamaq istəyirəm. 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmayın, onların səsinə səs verin, Sülh platformasının fəaliyyətini dəstəkləyin və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğunuz mandatdan səmimi şəkildə istifadə edin. Belə bir fürsətin qaçırılmasını tarix heç kimə bağışlamayacaq.

Sonda isə hörmətli həmkarlarıma, millət vəkillərinə müraciət edirəm ki, bu platformanı bütün beynəlxalq təşkilatlarda, ATƏT PA, AŞ PA, NATO PA, Avronest PA, QDİƏT PA və digərlərində, o cümlədən xarici ölkələrlə yaratdığımız dostluq qruplarında təqdimatına və onların dəstəyini əldə etməyə çalışsınlar. Eyni zamanda Azərbaycan ictimaiyyətinin də bu prosesdə fəal olmağa, bu təşəbbüsü həm daxildə, həm də xaricdə dəstəkləməyə çağırıram”.

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Xalq şairi Musa Yaqub vəfat edib
Xalq şairi Musa Yaqub vəfat edib
Loading Bars
Xəbər lenti
Prezidentin göstərdiyi nümunəni davam etdirməliyik, beynəlxalq media vasitəsilə həqiqətləri dünyaya çatdırmalıyıq
Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb (FOTO)
Prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb
Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına yüksəlib
"Elektron prokurorluq” informasiya sistemi yaradılacaq - FƏRMAN
Şəhid ailələrinin üzvləri ali məktəblərə qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək
Prezident İlham Əliyev hərb və informasiya savaşını eyni anda apardı - Qələbəni şərtləndirən iki mühüm taktika
Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Aİİ-də “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
Bütün xəbərlər