...

Yeni Azərbaycan Partiyası hesabat verdi – TƏFƏRRÜATLAR

Siyasət Materials 2 Fevral 2017 22:09 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
Yeni Azərbaycan Partiyası hesabat verdi – TƏFƏRRÜATLAR

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, partiyanın, Gənclər Birliyinin və Qadınlar Şurasının tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak edib, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib. 26 sentyabrda keçirilən referendumda Azərbaycan vətəndaşları böyük seçici fəallığı nümayiş etdirib, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə ediblər. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi olub.

Vurğulanıb ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.

Hesabat ilində YAP bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Hesabat dövründə YAP beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə partiya arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Qeyd edilib ki, YAP-ın sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti