Bakı. Trend:
Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində M.Canelidzenin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.