...

Gürcüstan XİN: Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur

Siyasət Materials 13 Fevral 2017 14:05 (UTC +04:00)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur.

Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.

Azərbaycan və Gürcüstanın bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyən nazir əlavə edib ki, hər iki ölkə həm ikitərəfli formatda, həm də regional səviyyədə iqtisadi əməkdaşlığı möhkəmləndirməkdə davam edəcək.

M.Canelidze deyib: “Enerji sahəsində əməkdaşlıq bizim iqtisadi əməkdaşlığımızın əsas hissəsidir”.

Bundan başqa, nazir qeyd edib ki, tərəflər qarşılıqlı investisiya və nəqliyyat sahəsində də əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti