...

Nazir: Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə bu vəziyyətdən şərəflə çıxdı

Siyasət Materials 17 Fevral 2017 15:18 (UTC +04:00)
Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə bu vəziyyətdən şərəflə çıxdı.
Nazir: Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə bu vəziyyətdən şərəflə çıxdı

Bakı. Trend:

Beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə bu vəziyyətdən şərəflə çıxdı.

Trend-in məlumatına görə, bunu İstanbulda keçirilən üçtərəfli formatda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, ötən il Türkiyədə baş vermiş çevriliş cəhdindən, bütün Azərbaycan xalqı narahat oldu:

"Bu, əslində nəinki Türkiyədə, hətta regionda sabitliyi pozacaq bir cinayət hadisəsi idi. Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu cinayətin qarşısı vaxtında alındı. Azərbaycan dövləti bu hadisəni ilk gündən birmənalı şəkildə ən yüksək səviyyədə qətiyyətlə pisləyib və Türkiyə xalqının və dövlətinin yanında olduğunu bildirmiş, bu cəhdləri qəbuledilməz hesab edib".

Ş.Mustafayev bildirib ki, beynəlxalq terrorizmin bütün cəhdlərinə baxmayaraq, Türkiyə dövləti və xalqı bu vəziyyətdən şərəflə çıxdı: "Türkiyə yaşayır, inkişaf edir və bu bizi sevindirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti