...

Qazaxıstanın informasiya və kommunikasiya naziri Bakıya dəvət olunub

Siyasət Materials 3 Mart 2017 17:07 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə görüşüb.
Qazaxıstanın informasiya və kommunikasiya naziri Bakıya dəvət olunub

Bakı. Trend:

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir vaxtilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığı vaxtları yada salaraq indi Azərbaycanın Qazaxıstandakı səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib. Həmçinin Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüş zamanı ölkələrimiz arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin dövlət idarəetməsində informasiya və kommunikasiya sahəsində innovasiyaların tətbiq edilməsi ilə bağlı ölkələrimizdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

“Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə uyğun olaraq, hər iki ölkədə əhalinin istifadəsinə verilən elektron hökumət portallarının əhəmiyyəti qeyd edilib. "Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, onların avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının faydalı olacağı vurğulanıb. Qazaxıstan və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmanın tətbiq edilməsi sahəsində regionda qabaqcıl ölkələrdən olması qeyd edilib və “ASAN xidmət” modeli ilə bağlı qarşı tərəfə məlumat verilib.

Həmçinin cari ildə “Bakı Formula 1”, İslam Həmrəyliyi Oyunları və “Astana Expo-2017” beynəlxalq sərgisinin hər iki ölkənin KİV-lərində təşviq edilməsi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.

Sonda nazir hər il ölkəmizdə keçirilən “BakuTel” sərgisinə dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti