...

Fəzail İbrahimli: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın haqq işinə qərəzlə yanaşanları utandırdı

Siyasət Materials 7 Mart 2017 16:12 (UTC +04:00)
Tariximizə şərəfli bir təqvim kimi daxil olmuş ilk Avropa Oyunlarının açılış mərasimi hər kəsin yaddaşındadır.
Fəzail İbrahimli: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın haqq işinə qərəzlə yanaşanları utandırdı

Bakı. Trend:

"Tariximizə şərəfli bir təqvim kimi daxil olmuş Birinci Avropa Oyunlarının açılış mərasimi hər kəsin yaddaşındadır. Kürsüyə millət vəkili, təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva dəvət olunur. Kürsüdə Azərbaycan xalqının bütün həqiqətlərini dünyaya çatdıran, dünya ictimaiyyətinin nəzər-diqqətini Azərbaycana yönəldən, təmkinli və məğrur bir Azərbaycan xanımı dayanıb. İslam əxlaqının bütün dəyərlərinə və Avropanın qabaqcıl düşüncələrinə sahib olmuş bu xanım bütün dünyaya bəyan edir ki, biz bacardıq, qalib gəldik. Buyurun, bu mənim dövlətimin qüdrəti, təşkilatçılıq bacarığı, bu mənim xalqımın milli və mənəvi dəyərləridir.

Trend-in məlumatına görə, bunu deputat Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli daha sonra qeyd edib: "Mehriban xanım, o oyunları baykot etmək istəyinə düşənləri, onların havadarlarını, Azərbaycanı sevməyənləri, genetik kodunda antiazərbaycan elementi daşıyanları, nimdaş düşüncələri ilə Azərbaycan tarixinə, mədəniyyətinə, mənəviyyatına yanaşanları utandırdınız. Onların içərisində isə ən vacib, ən ciddi bir məqam var idi. Azərbaycanın haqq işinə daim qərəzlə yanaşan, o səhnəni seyr edən nimdaş sifətləri utandırdınız, boz üzləri utandırdınız. Siz həmin məqamda təşkilatçılıq qabiliyyətinin və söz qüdrətinin zirvəsində dayanıb millətin ruhunu o zirvəyə qaldırdınız. Həmin zamanda Azərbaycan xalqı sanki bir paklıq səmalarında göründü, idrak dağlarının zirvəsində göründü. Bütün fəaliyyətinizi kənara qoysaq, təkcə həmin məqam, millətin ruhuna köklənmiş həmin an tutduğunuz vəzifədə sizə tam siyasi və mənəvi bəraət qazandırır. Sizi vəzifəniz münasibətilə təbrik edirəm, sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, yaşayın, yaradın, sevilin, sevin, sevinin övladlarınızla, sevinin nəvələrinizlə, sevindirin bu xalqı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti