...

Tədqiqatçı: Qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verdi

Siyasət Materials 14 Mart 2017 17:10 (UTC +04:00)
Qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verdi.
Tədqiqatçı: Qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verdi

Bakı. Trend:

Qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verdi.

Trend-in məlumalına görə, bunu rusiyalı diyarşünas, tədqiqatçı Eduard Vartanov bu gün Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

E.Vartanov XVIII-XX əsrlərdə Donətrafı "erməni-qıpçaqlar"ın (erməni-qriqoryan məzhəbli türklər) Eçmiədzindəki erməni kilsəsinə məcburən tabe edilməsi və bunun nəticəsində baş vermiş və SSRİ dövründə başa çatmış məcburi deetnikləşdirilməsi prosesindən danışıb:

"Erməni-qıpçaqlar"ın deetnikləşdirilməsi onları zorla Qəndzəsardakı Alban kilsəsindən ayırdıqdan sonra baş verib ki, bu da bir çox əsrlər ərzində onların mənəvi mərkəzi olub. Donətrafı, Qaradənizətrafı, Krım, Qafqaz və digər geniş ərazilərin Çar Rusiyasına birləşdirilməsindən sonra həmin regionların erməni-qriqoryan məzhəbli xalqları Eçmiədzindəki erməni kilsəsinə tabe edildi ki, bunun da nəticəsində bu xalqlar öz etnik şüurlarını, dillərini və milli xüsusiyyətlərini itirdilər. Sovet dönəmi vaxtı bu xalqları icra strukturları etnik erməni kimi qeydə alaraq, onların deetnikləşdirilməsi prosesini başa çatdırdılar".

Tədqiqatçı qeyd edib ki, erməni kilsəsi Alban kilsəsinin və türk-xristianların uzunəsrlik irsini silməyə çalışaraq, onların məbədlərini, əmlakını, kitablarını və dindarlarını mənimsəməyə can atırdılar:

"Xüsusi olaraq XVIII-XX əsrlərdə Donətrafı, Qaradənizətrafı, Krım, Qafqaz və Çar Rusiyasının, sonra isə SSRİ-nin digər ərazilərində həyata keçirilən buna bənzər siyasətin üzərində dayanmaq lazımdır. İndiki zamanda geniş insan kütləsi bu barədə praktiki olaraq heç nə bilmir və erməni mədəniyyəti, kilsələri və irsi anılanda bunu səhvən erməni-haylarla, yəni Ermənistanın indiki əhalisi ilə əlaqələndirirlər. Eyni zamanda türk erməni-qriqoryan irsinin öyrənilməsi istiqamətində edilən hər hansı bir cəhd erməni siyasi, elmi və ictimai dairələri tərəfindən böyük obstruksiya, repressiya, təzyiq və təqiblərlə rastlaşır. Erməni cəmiyyətində bu mövzu üzərinə tabu qoyulub və bu tabunu pozan hər kəsi qibtəedilməz aqibət gözləyir".

O bildirib ki, təqribən iki əsr ərzində erməni-qıpçaqları erməni dilini öyrənməyə məcbur edilərək, öz türk irslərini unutmağa vadar edilirdilər:

"Bu prosesdə ən böyük mənfi rolu Eçmiədzindəki erməni kilsəsi və Cənubi Rusiyadakı erməni lobbisinin dairələri oynayırdılar. Erməni-qıpçaqların axırıncı şəhər mənbələrinin məhv edilməsi və tam erməniləşdirilməsi isə Sovet dönəmi illərində baş verdi. Əvvəlcə Türkiyədən gələn erməni köçkünlərin yerli erməni-qıpçaqlarla yola gedə bilməməsi səbəbindən 1925-ci ildə Şaumyan erməni kəndi inşa edildi. Bunun ardınca 1929-cı ildə erməni-qıpçaqların axırıncı şəhər dayağı olan Naxçıvan-Don şəhəri ləğv edildi. Bunların nəticəsində “erməni dairəsi”nin özünüidarəetmə vətəndaş birliyinin fəaliyyətinin qarşısı alındı. Hazırda ancaq Donətrafı erməni kəndləri müqavimət göstərir, çünki buradakı üç-dörd nəslin davamçısı olan ailə-qəbilə yuvalarında öz ata-babalarının - qıpçaqların dil mədəniyyəti ənənələri qorunub saxlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti