...

Nazir müavini: Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpasında mühüm rol oynayır

Siyasət Materials 17 Mart 2017 10:08 (UTC +04:00)
Azərbaycan "Asiyanın ürəyi - İstanbul prosesi" formatının əsas ölkələrindən biridir.
Nazir müavini: Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpasında mühüm rol oynayır

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan "Asiyanın ürəyi - İstanbul prosesi" formatının aparıcı ölkələrindən biridir.

Trend-in məlumatına görə, bunu Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzai Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" formatının üzv ölkələrinin yüksək səviyyəli rəsmilərinin iclasında deyib.

O qeyd edib: "Azərbaycan Əfqanıstanın yaxın tərəfdaşı kimi bu prosesi dəstəkləyir və müxtəlif sahələrdə səylərimizdə mühüm rol oynamaqda davam edir. Ümid edirəm ki, yaxın vaxtlarda Bakıda keçirilməsi planlaşdırılan formatın üzv ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş bu prosesin irəliləməsi üzrə müsbət nəticə verəcək və biz Əfqanıstanda infrastrukturun bərpası və ölkədə sülh və sabitliyin bərqərar olunması üzrə əhəmiyyətli nəticələr əldə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti