...

Vaşinqtonda Novruz şənliyi keçirilib (FOTO)

Siyasət Materials 18 Mart 2017 12:46 (UTC +04:00)
Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə "Mayflower" otelində Novruz Bayramı münasibətilə tədbir keçirilib.
Vaşinqtonda Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 17-də Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə "Mayflower" otelində Novruz Bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız, diplomatik korpus və yerli ictimaiyyət nümayəndələri də daxil olmaqla 300 nəfərdən çox şəxs iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov iştirak edən qonaqları Novruz bayramı münasibətilə təbrik edib. O, bu bayramın təbiətin dirçəlməsi ilə bağlı olduğunu xatırladaraq, Azərbaycan xalqının da dirçəliş mərhələsindən keçərək 1991-ci ildə öz azadlığı və müstəqilliyinə nail olduğunu vurğulayıb.

Səfir Ümummilli lider Heydər Əliyevin strategiyası və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini bildirib və bu xüsusda Novruz ənənələrinin bütün dünyada qeyd edilməsinə töhfə verdiyini vurğulayıb.

Sonra tədbirin şənlik hissəsinə başlanılıb. Canlı musiqi sədaları altında qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti