Bakı. İlhamə İsabaleyava - Trend:
Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələri inşa etməyə şərait yaradılmalıdır.
Trend-in məlumatına görə, bunu deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını deyib.
Ş.Hacıyev isə cavabında bildirib: "Məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, orada vəhabilik və digər cərəyanlarla məşğul olsunlar. Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı məsələlərdir”.