...

Bayram Səfərov: Ermənilər bizimlə görüşməkdən qorxurlar

Siyasət Materials 7 İyun 2017 08:00
Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzrdə tutulmur.
Bayram Səfərov: Ermənilər bizimlə görüşməkdən qorxurlar

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının hər hansı bir görüşü nəzərdə tutulmur.

Bunu Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Ermənistan tərəfi görüşə gəlməkdən həmişə boyun qaçırıb. O qeyd edib ki, indiki Ermənistan iqtidarı hakimiyyətdə olduğu təqdirdə hər hansı bir görüşün keçirilməsi mümkün deyil: "Ermənilər bizimlə görüşməkdən qorxurlar. Bir tərəfdən də onlar öz haylarındadırlar. Ermənistanda vəziyyət gərgindir, yoxsulluq və sosial vəziyyətin olduqca ağır olması və digər tükənməyən problemlər baş alıb gedir, ermənilər başlarını götürüb ölkədən qaçırlar. Belə olan halda onlar hansı nümayəndə tapıb göndərəcəklər görüşə?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti